BDU
Tələbə Həmkarlar İttifaqının nəzdində yenicə fəaliyyətə
başlayan “IN club”un və Xəzər İntellektual Gənclər
Klubunun təşkilatçılığı ilə Bakı Dövlət Universitetində
“Nə? Harada? Nə zaman?” oyunu üzrə İntellekt Marafonu
Festivalının seçim turu təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Bakı Dövlət Universitetinin
Tələbə Həmkarlar İttifaqının sədri Daşqın Qənbərov qeyd
edib ki, rəhbəri olduğu təşkilat həmişə tələbələrin
asudə vaxtının səmərəli təşkili üçün müxtəlif tədbirlər
həyata keçirir. “İntellektual oyunlar da onlardan
biridir. BDU-da bu, artıq bir ənənə halını alıb. Biz
gələcəkdə də intellektual oyunlar üzrə yarışları
dəstəkləyəcəyik”, - deyə sədr bildirib.
Xəzər İntellektual Gənclər klubunun sədri Seymur
Teymurovun sözlərinə görə, seçim turunun BDU-da təşkil
olunması heç də təsadüfi deyil. Azərbaycan dilində
təşkil olunan ilk intellektual oyunlar, Xəzər
İntellektual Klubu məhz BDU-da yaradılıb və bütün ölkəyə
buradan yayılıb. Biz bu gün böyük fəxrlə ölkəmizin
flaqman universitetində bu turnirin təşkilində iştirak
edirik”, - deyə S.Teymurov əlavə edib.
Seçim turunda Bakı Dövlət Universitetinin tələbələri ilə
yanaşı digər ali təhsil ocaqlarının tələbələri də
iştirak edib. Seçim turunda ilk yerləri tutan komandalar
Festivalın final mərhələsinə vəsiqə qazanıb.
BDU THİK İctimaiyyətlə əlaqələr departamenti
|