“ADA”
Universitetinin aparıcı əməkdaşları Azərbaycan Dövlət
Aqrar Universitetində (ADAU) olub. Universitetin rektoru,
AMEA-nın müxbir üzvü İbrahim Cəfərovla keçirilən görüşdə
Kənd Təsərrüfatı Nazirliyi və “ADA” Universiteti
arasında bağlanan anlaşma memorandumuna əsasən
2016-2017-ci tədris ilində kənd təsərrüfatı üzrə MBA
proqramı ilə magistr hazırlığı müzakirə edilib.
Bildirilib ki, ADAU-nun 17 ay davam edəcək tədris
proqramını müvəffəqiyyətlə bitirənlər “ADA”
Universitetinin magistrantı dərəcəsini qazanacaqlar.
İxtisası seçənlər MBA tədris proqramı çərçivəsində kənd
təsərrüfatı sənayesinin əsasları, iqtisadiyyatı,
maliyyələşməsi, marketinqi, idarə edilməsi üzrə nəzəri
fənlər və praktiki seminarlar keçəcəklər. Magistrantlar
beynəlxalq təcrübədən yararlanmaq məqsədi ilə xaricə
təhsil mübadiləsi səfəri də edəcəklər.
“ADA” Universitetinin Biznes məktəbinin dekanı, doktor
Nejdet Delener deyib ki, ADAU-nun tələbələrinin MBA
proqramına müraciət edəcəkləri gözlənilir. Biz də o
tələbələrin magistr pilləsində hazırlığını keçəcəyik.
Digər müxtəlif sahələrdə-professorların təlimi, tələbə
mübadiləsində də əməkdaşlıq edəcəyik. Bu əməkdaşlıq hər
iki universitet üçün əhəmiyyətli olacaq.
Nümayəndə heyətinə ADAU-nun tədris bazası haqqında geniş
məlumat verilib, dünya universitetləri ilə aparılan
əməkdaşlığın uğurlarından danışılıb. Görüşdən sonra
ADAU-nun aqrobiznes və idarəetmə fakültəsinin iclas
salonunda “ADA” Universitetinin əməkdaşları tərəfindən
kənd təsərrüfatı üzrə MBA magistr proqramının təqdimatı
keçirilib.
Qalib RƏHİMLİ,
Mətbuat xidmətinin rəhbəri |