Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2015 - №43

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində görüş

 

Böyütmək üçün seçinAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Tələbə Elmi Cəmiyyəti və Türkiyə Respublikası Başnazirlik Türk Əməkdaşlığı və Koordinasiya Agentliyi (TİKA) arasında yeni layihələrə imza atılıb. ADMİU-nun rektoru, professor Fərəh Əliyeva, kulturologiya üzrə fəlsəfə doktoru Sədaqət Əliyeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sara Muradova, Tələbə Elmi Cəmiyyətinin sədri Nərgiz Hüseynova TİKA-nın Azərbaycandakı sədri, əməkdaşları, Memar Sinan Universietinin müəllimləri ilə görüşərək fikir mübadiləsi aparıblar.

Qeyd olunub ki, yaxın zamanda universitet tələbələrinə Memar Sinan Universitetindən dəvət edilmiş müəllimlər tərəfindən ebru sənəti, əsərlərin bərpası, Osmanlı əlifbası, kino və televiziya ilə bağlı fənlərdən kursların keçirilməsi nəzərdə tutulub. Kurslardan keçmiş tələbələrə sertifikatlar təqdim olunacaq və fəallıq göstərmiş 2-3 tələbə isə Memar Sinan Universitetində pulsuz magistr təhsili ilə təmin olunacaqdır.

Daha sonra isə TİKA-nın nəzdində universitet daxilində Azərbaycan və Türkiyə mədəniyyəti klubunun açılması və bu klubun  tez-tez Türkiyə-Azərbaycan mədəniyyəti ilə bağlı layihələr, tədbirlər, konfranslar keçirərək bu əməkdaşlığın daha da uzunmüddətli və sıx olmasına şərait yaratmasından danışılıb. 

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov