Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2015 - №43

 

Naxçıvan Dövlət Universitetində ümumtəhsil müəssisələri müəllimləri üçün seminar keçirilir

 

Noyabrın 16-da Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə muxtar respublikanın ümumtəhsil məktəblərində çalışan biologiya, kimya və fizika müəllimləri üçün həftə sonuna qədər davam edəcək seminar öz işinə başlayıb.

Tədbiri universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq Azərbaycanda təhsilin inkişaf strategiyasından, ümummilli lider Heydər Əliyevin təhsil siyasətinin uğurlu davamından danışıb. Rektor keçirilən seminarların müəllimlərin biliklərinin təkmilləşdirilməsi baxımından böyük rolu olacağını, birgə seminar və  kursların bundan sonra da davam etdiriləcəyini bildirib.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev tədbirdə çıxış edərək vurğulayıb ki, bu gün muxtar respublikamızda təhsilə diqqət və qayğı ən yüksək səviyyədədir. Yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, məktəblərin tədris imkanlarının müasir tələblərə uyğunlaşdırılması, onların yüksək maddi-texniki baza və ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunması və eyni zamanda  müəllimlərin fəaliyyəti üçün hərtərəfli şəraitin yaradılması, onların əməkhaqlarının artırılması muxtar respublikada təhsilə göstərilən qayğının bariz nümunəsidir. Nazir ölkəmizin gələcəyi olan gənclərin dövlətçiliyimizə sədaqət ruhunda böyümələri, yaxşı təhsil alaraq ölkəmizə və xalqımıza layiqli vətəndaş kimi yetişmələri üçün müəllimlərin üzərinə düşən böyük öhdəlikdən danışıb. Vurğulanıb ki, ümumtəhsil məktəblərində kimya, biologiya, fizika laboratoriyalarında müasir tədris və təcrübə avadanlıqlarının qoyulmasıBöyütmək üçün seçin şagirdlərin dəqiq elmlərə olan marağını artırır. Bu laboratoriyalardan düzgün istifadə isə həmin fənləri tədris edən müəllimlərdən asılıdır. Nazir həmçinin texniki fənlər üzrə şagirdlərin istedad və bacarıqlarının aşkara çıxarılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamına əsasən Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin də yaradıldığını nəzərə çatdırıb.

Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid çıxış edərək hər il keçirilməsi ənənə halını almış seminarların müəllimlərin nəzəri biliklərinin artırılmasına xidmət etdiyini, ali və orta ümumtəhsil məktəb müəllimləri arasında elmi mübadilə baxımından faydalı olduğunu bildirib. Surə Seyid seminarın qrafikini və mühazirə mövzularını dinləyicilərə təqdim edib, seminarla bağlı tövsiyələrini verib.

Sonra seminarın ilk dərsi öz işinə başlayıb. Öncə müəllimlər Naxçıvan Dövlət Universitetinin fizika, kimya və biologiya laboratoriyalarında əyani tədris vasitələri və elektron təcrübə avadanlıqları ilə tanış olublar.

Qeyd edək ki, həftə sonuna qədər davam edəcək seminarda biologiya, kimya və fizika müəllimləri üçün müxtəlif  mövzular keçiləcək. 

Mina QASIMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov