Qafqaz Universitetində xarici əlaqələr şöbəsi və
Multikulturalizm Tələbələr Klubunun birgə təşkilatçılığı
ilə “Tələbə guşəsi” adlı tədbir keçirilib. Xüsusi olaraq
xarici tələbələr və müəllimlər üçün təşkil edilmiş və
universitetin rektoru Ahmet Saniçin də iştirak etdiyi
tədbirdə dünyanın dördkünclərə bölünmüş xəritəsi
tələbələrə təqdim edilib. Tələbə və müəllimlər öz
şəkillərini dünyanın istədikləri yerinə yapışdırıblar.
Beləliklə, onlar öz kiçik şəkilləri ilə böyük dünya
xəritəsini yenidən yaradıblar.
Qafqaz Universitetinin xarici əlaqələr üzrə
prorektoru Sevil İmanova tədris ili ərzində belə
tədbirlərin tez-tez keçirilməsinin nəzərdə tutulduğunu,
əsas məqsədin tələbələr arasında multikulturalizmin
təbliği olduğunu deyib.
Xarici tələbələr tədbir haqda təəssüratlarını
bölüşüblər. Cənubi Koreyadan olan tələbə Hyang Jo Nam
tədbirin çox yaxşı olduğunu, onun xoşuna gəldiyini
bildirib. Özbəkistanlı tələbə Gülasal Otakuzieva “Çox
gözəldir, mən də fotomu gətirmişəm. Orta Asiya üzərinə
yapışdıracam” - deyə tədbirin maraqlı olduğunu söyləyib.
Çay süfrəsində xarici tələbə və müəllimlər
Azərbaycanın milli şirniyyatlarından dadıblar.
Qafqaz Universitetinin Mətbuat
şöbəsi |