Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2015 - №43

 

ADPU-da Beynəlxalq Tolerantlıq Günü qeyd edildi

 

Böyütmək üçün seçinNoyabrın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetində “Beynəlxalq Tolerantlıq Günü” münasibəti ilə tədbir keçirildi. Tədbirdə universitetin professor-müəllim kollektivi, əcnəbi tələbələr və digər şəxslər iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Mehdi Abdullayev iştirakçıları salamlayaraq bu günün yaranma tarixi, tolerantlıq və multikulturalizm anlayışlarının mahiyyəti barədə ətraflı məlumat verdi. Prorektor M.Abdullayev bildirdi ki, UNESCO-nun 1995-ci il noyabr ayının 16-da keçirilən 28-ci sessiyasında 185 dövlətin  iştirakı ilə tolerantlıq prinsipləri haqqında Bəyannamə qəbul edilib. BMT Baş Assambleyasının 1996-cı ildə qəbul etdiyi qərara əsasən quruma üzv ölkələrə hər il noyabrın 16-nı Beynəlxalq Tolerantlıq Günü kimi qeyd etmək və bununla bağlı təhsil müəssisələrində, eləcə də geniş ictimaiyyət arasında müvafiq tədbirlər keçirmək tövsiyə olunub. Azərbaycanda bu gün 1999-cu ildən qeyd olunur.

M.Abdullayev  qeyd etdi ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndərimiz Heydər Əliyev tolerantlılığı və multikulturalizmi dövlət siyasətinin əsas istiqamətlərindən biri elan etmiş, ölkəmizdə olan bütün xalqların, milli azlıqların, etnik qrupların  bərabər hüquqlar əsasında yaşamaları üçün səmərəli əməli fəaliyyət göstərmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi və mütərəqqi siyasəti sayəsində bu gün ölkəmiz tolerantlıq və multikulturalizm baxımından bütün dünya üçün nümunədir. Azərbaycanda bütün xalqlar və milli azlıqlar dini mənsubiyyətlərindən asılı olmayaraq, azad və müstəqil yaşayırlar. Onların dini etiqad azadlığı yüksək səviyyədə təmin edilmişdir. M.Abdullayev universitetdə təhsil alan əcnəbi tələbələrə də daim xüsusi diqqət və qayğı göstərildiyini nəzərə çatdırdı. Dövlət tərəfindən aparılan siyasətin universitetdə də uğurla davam etdiyini bildirdi. 

Tədbirdə Bakı Slavyan Universitetinin Azərbaycan multikulturalizmi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Rauf Hacı çıxış etdi.

Tədbirdə çıxış edən ADPU-nun tələbələri Türkiyə vətəndaşları Mehmet Demirhan, Gündüz Aylin universitetdə onlara yaradılan şəraitdən danışaraq Azərbaycanda öz vətənlərində olduqları kimi rahat olduqlarını diqqətə çatdırdılar. 

Niyazi RƏHİMOV,
“Azərbaycan müəllimi”
foto Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov