Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2015 - №43

 

Təhsil Problemləri İnstitutunda “dəyirmi masa”

 

Böyütmək üçün seçinNoyabrın 19-da Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu (ARTPİ) və “Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi” İctimai Birliyi (ADPYM), ali və xüsusi təhsil müəssisələrinin təhsil işçiləri və KİV nümayəndələrinin iştirakı ilə “Autizmli uşaqların cəmiyyətə inteqrasiyası” mövzusunda “dəyirmi masa” keçirildi. 

“Dəyirmi masa”nı giriş sözü ilə açan ARTPİ-nin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov    XXI əsrin qlobal problemi hesab edilən autizmin ölkəmizdə də  aktual məsələlərdən biri olduğunu,  dünya əhalisinin 1 faizinin, yəni 70 milyon nəfərin autizmin qurbanı olduğunu, qeyri-rəsmi stastistikaya görə respublikamızda təxminən 4000-ə yaxın uşağın autizm sindromundan əziyyət çəkdiyini  söylədi.  Tədbirin  20 noyabr Uşaq Hüquqlarının Müdafiəsi günü  ərəfəsində keçirilməsinin təsadüfi olmadığını qeyd edən Q.Novruzov  autizm sindromlu uşaqların müəyyənləşdirilməsi, onların cəmiyyətə inteqrasiyası və s. bu kimi məsələlərə toxunaraq bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinin vacibliyini qeyd etdi. “Dəyirmi masa”nın  keçirilməsində  məqsədin cəmiyyətin diqqətini autizmli uşaqların problemlərinə cəlb etmək,  mövcud  çətinlikləri  aradan qaldırmaq üçün  yollar axtarmaq,  onların  ictimai həyatda tamhüquqlu iştirakını təmin etməkdən ibarət  olduğunu söylədi.

Tədbirdə millət vəkili Qənirə Paşayeva “Autizm probleminin qanunvericilikdə öz əksini tapması” mövzusunda çıxış etdi.

Milli Məclisin üzvləri Hadı Rəcəbli, Fazil Mustafa mövzu ətrafında çıxış edərək autizm sindromlu uşaqların cəmiyyətə inteqrasiyasının qanunvericiliklə tənzimlənməsinin vacibliyini vurğuladılar.

Tədbirdə autizmli uşaqlar və onların valideynlərinin qarşılaşdıqları çətinliklər, diaqnostikanın bir çox hallarda düzgün aparılmaması,  ümumtəhsil və inklüziv təlim-tərbiyə müəssisələrinin  autizmli uşaqları qəbul etməkdən çəkinmələri, təhsil müəssisəsinə qəbul üçün heç bir normativ  sənəddə autizm sindromunun qeyd olunmaması, autizmli uşaqların sosial reabilitasiyasının  düzgün təşkil edilməməsi, cəmiyyətimizin və  valideynlərin autizm sindromu haqqında məlumatlarının az və ya təhrif olunmuş formada olması, habelə autizm sindromlu uşaqların qarşılaşdıqları problemlər, onların həlli yollarının müəyyənləşdirilməsi, bütün bu kimi məsələlərin qanunvericilikdə öz əksini tapması  müzakirə olundu. 

Niyazi RƏHİMOV,
“Azərbaycan müəllimi”
foto Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov