Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2015 - №43

 

Naxçıvan Universitetinin tələbələrinin ifasında tamaşa

 

Böyütmək üçün seçinMəlum olduğu kimi, “Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin Naxçıvan Muxtar Respublikasında qeyd edilməsi ilə bağlı “Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında 25 iyul 2015-ci il tarixli Sərəncamına əsasən, muxtar respublikada silsilə tədbirlər keçirilməkdədir. Bu tədbirlərin davamı olaraq “Naxçıvan” Universitetinin xarici dillər fakültəsinin tələbələri tərəfindən ilk dəfə olaraq Dədə Qorqud dastanındakı Uruzun dustaq olduğu, Qazan xanın onu xilas etdiyi boydakı əsər səhnələşdirilmişdi.

Tamaşa başlamazdan əvvəl universitetin rektoru, professor İsmayıl Əliyev çıxış edərək bildirmişdir ki, “Kitabi Dədə-Qorqud”  Azərbaycan  xalq ədəbiyyatının ən qədim və möhtəşəm abidələrindən biridir. “Kitabi Dədə-Qorqud” Azərbaycan türkünün qədim tarixi, adət-ənənəsi, etnik-estetik görüşləri, mifik baxışları, bir sözlə, maddi və mənəvi dünyasını, türk xalqlarının tarixi salnaməsini bütöv bir şəkildə əks etdirən tarixi ədəbi bir əsərdir.  Rektor onu da diqqətə çatdırmışdır ki, Dədə Qorqud dastanları Azərbaycan dilində yazılmış və azərbaycanlılara aid abidədir. Görkəmli dövlət xadimi Heydər Əliyev dastanın dünya miqyasında təbliği və Azərbaycanda adının əbədiləşdirilməsi, əks etdirdiyi vətənpərvərlik ideyalarının genişləndirilməsi üçün “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illiyi haqqında 20 aprel 1997-ci ildə xüsusi fərman imzalamışdır. Ulu öndərin layiqli davamçısı ölkə başçısı cənab İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında 20 fevral 2015-ci il tarixli sərəncamı da mahiyyət etibarilə bu böyük azərbaycançılıq abidəsinin dünya mədəniyyəti səviyyəsində dəyərləndirilməsinin məntiqi davamıdır.

Sonra tədbir iştirakçıları tamaşaya baxmışlar. 

Nuray ƏSGƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov