Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2015 - №43

 

Qərb Universitetində elmi konfrans

 

Noyabrın 19-da Qərb Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə təşkilatçılığı ilə “İkinci Dünya müharibəsi və Azərbaycan” mövzusunda elmi konfrans keçirilib. Konfransda Qərb Universitetinin rektoru, dosent Zenfira Məmmədova Qərb Universiteti ilə Tarix İnstitutunun sıx əməkdaşlıq etdiyini qeyd edib. Həmçinin, Azərbaycan elminin inkişafında və tarix elminin daha dərindən öyrənilməsində AMEA-nın və tarixçi alimlərin rolunu vurğulayıb.

Tədbirdə Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov çıxış edərək 1941-1945-ci illər müharibəsində faşizm üzərində qələbədə Azərbaycanın yeri və rolundan danışıb. Yaqub Mahmudov bu mövzunun yenidən ətraflı araşdırılmasına böyük ehtiyac olduğunu vurğulayıb. O, müxtəlif vaxtlarda xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasətindən söz açıb, qədim dövrlərdən başlayaraq bu günədək tarixi torpaqlarımızın işğalçılar tərəfindən zəbt edildiyini söyləyib. Qeyd edilib ki, İkinci Dünya müharibəsində keçmiş SSRİ-nin digər xalqları kimi Azərbaycan xalqı da həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıqlar göstərib. İkinci Dünya müharibəsində döyüşən ordunun yanacaqla təminatında və faşizm üzərində qələbədə Bakı neftinin, Azərbaycan alimlərinin, xalqımızın xüsusi yeri və rolu vardır. Qeyd olunub ki, zəngin təbii sərvətlərə və əlverişli coğrafi mövqeyə malik olan ölkəmiz İkinci Dünya müharibəsi illərində iri dövlətlərin strateji planlarında mühüm yer tuturdu.

Tarix İnstitutu direktorunun müavini, professor Cəbi Bəhramov isə öz çıxışında müharibə dövründə Bakı neftinin beynəlxalq və hərbi strateji əhəmiyyətindən danışıb. O, Azərbaycan xalqının nümayiş etdirdiyi qəhrəmanlığı, cəbhədə əsgərlərimizin göstərdikləri igidlikləri tarixi faktlarla diqqətə çatdırıb. Konfransda “İkinci Dünya müharibəsi və Bakı nefti”, “İkinci dünya müharibəsi haqqında tarixi yaddaş və nəsillərin varisliyi”, “Azərbaycanlılar İkinci Dünya müharibəsi cəbhələrində” və digər mövzularda məruzələr dinlənilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov