Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2015 - №43

 

Kargüzarlıq işinin aparılması və vətəndaşların müraciətlərinə baxılması mövzusunda seminar-müşavirə

 

Böyütmək üçün seçinNoyabrın 17-də Şəki şəhərində “Yerli təhsili idarəetmə orqanlarında və təhsil müəssisələrində kargüzarlıq işinin aparılması və vətəndaşların müraciətlərinə baxılması” mövzusunda növbəti seminar-müşavirə keçirilib.

Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən müşavirədə Prezident Administrasiyasının və nazirliyin rəsmiləri, həmçinin Şəki, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ və Ağdaş rayon təhsil müəssisələrinin rəhbərləri, kargüzarlıq-dəftərxana işçiləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə dövlət başçısının iştirakı ilə noyabrın 4-də istifadəyə verilmiş Qoxmuq kənd tam orta məktəbi ilə tanış olublar. Prezident Administrasiyası və Təhsil Nazirliyi tərəfindən məktəbin kitabxanasına kitablar hədiyyə edilib.

Müşavirədə Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Elnur Əliyev kargüzarlıq işinin və vətəndaşların müraciətlərinə baxılması vəziyyətinin mövcud qanunvericiliyin tələblərinə uyğun təşkili barədə danışıb. 

Tədbirdə təhsili idarəetmə qurumlarında vətəndaşların qəbulunun daha da təkmilləşdirilməsi, qəbula yazılma prosesinin avtomatlaşdırılması və nəticələrin müşahidə sisteminin yaradılması ilə bağlı görülən işlər barədə məlumat verilib. Eyni zamanda Təhsil Nazirliyinin 146 “Qaynar xətt” Telefon Məlumat Mərkəzinə daxil olan zənglər və Qəbul Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi müdirinin müavini İsrafil Qurbanov vətəndaşların müraciətləri ilə bağlı sənədlərlə işin düzgün qurulmasının, bu sahədə müasir texnologiyalardan istifadənin əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, dövlət başçısının bu günlərdə imzaladığı fərmanla tətbiq olunan “Vətəndaşların müraciətləri haqqında” qanun normativ-hüquqi bazanın daha da təkmilləşdirilməsinə və müasirləşdirilməsinə xidmət edəcək.

Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov