Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2015 - №43

 

Təhsil naziri yeni tədris auditoriyalarının təqdimatında iştirak edib

 

Böyütmək üçün seçinNoyabrın 18-də təhsil naziri Mikayıl Cabbarov Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində SABAH qruplarının yeni tədris auditoriyalarının təqdimatında iştirak edib.

Təqdimata ali təhsil müəssisələrinin rektorları, müəllim-professor heyəti və tələbələr qatılıb. 

Auditoriyalarda yaradılan şərait tələbələrlə həm fərdi, həm də qrup halında tədris aparmağa imkan verir. Yeni tədris mühitində tələbənin və müəllimin mobilliyi təmin edilir ki, bu da müasir informasiya-kommunikasiya texnologiyalarından, dərs vəsaitlərindən daha səmərəli istifadəyə yönəlib. Auditoriyanın yeni tərtibatının əsas hədəflərindən biri də müəllim-tələbə ünsiyyətini yaradıcı məcraya yönəltmək və hər bir tələbənin tədris prosesində fəal iştirakını təmin etməkdir.

Mikayıl Cabbarov SABAH qrupları üçün yaradılan auditoriyada keçirilən “Açıq dərs”i izləyib, tələbələrlə söhbət edib. Onların suallarını cavablandıran nazir yeni tədris mühiti və gələcək karyera imkanları ilə bağlı fikirlərini bölüşüb. 

Qeyd edək ki, 11 ali məktəbdə 45 ixtisas üzrə yaradılmış SABAH qruplarında 1629 tələbə təhsil alır. Xüsusi müsabiqə əsasında seçilmiş 500 müəllim həmin qruplarda tədris aparır.

Böyütmək üçün seçin Böyütmək üçün seçin

www.edu.gov.az
 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov