Bakının 24 ümumtəhsil müəssisəsinin direktor və
müəllimləri, 4 lisey və 5 məktəbin fərqlənən şagirdləri
Paris Sorbon Universiteti-Abu Dabidə keçirilən “Məktəb
idarəetməsi” mövzusunda təlimlərə qatılıb.
Belə ki, noyabrın 15-də Paris Sorbon
Universiteti-Abu Dabidə “Məktəb idarəetməsi (School
Based Management) 3” və şagirdlər üçün “Gələcəyin
İşgüzar Səfirləri (Future Ambassadors of
Entrepreneurship) 1” layihələri çərçivəsində Azərbaycan
Respublikası orta məktəblərində təhsilin keyfiyyətinin
inkişafına yönəlmiş direktor, məktəb müəllimi və şagirdi
üçbucağı prizmasında keçirilən təlimlərə artıq start
verilib. Təlimlər noyabr ayının 20-dək davam edib.
Qeyd edək ki, Paris Sorbon Universiteti-Abu Dabi
ilə əməkdaşlıq çərçivəsində 2014-cü ilin dekabr ayında
Bakı şəhərində reallaşdırılmış “Məktəb idarəetməsi 1”
layihəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
tabeliyindəki 32 məktəbin direktorunu, 2015-ci ilin
avqust və sentyabr aylarında Quba şəhərində
reallaşdırılmış “Məktəb idarəetməsi 2” layihəsi ölkə
üzrə 40 məktəbin direktorunu bir araya gətirmiş və
uğurlu layihə quruculuğunun nümunəsi olmuşdur. |