* Noyabrın 19-da Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Ceyhun Hacıbəylinin 125 illik
yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
* Noyabrın 19-da Prezident İlham Əliyev “Cinayət
yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər
əmlakın leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il
20 oktyabr tarixli 1401-IVQD nömrəli Qanununun tətbiqi
haqqında fərman imzalayıb.
* 16-18 noyabr tarixlərində Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və xanımı
Mehriban Əliyeva UNESCO Baş Konfransının 38-ci
sessiyasının Liderlər Forumunda iştirak etmək üçün
Fransada işgüzar səfərdə olublar. Ölkə başçısı İlham
Əliyev noyabrın 17-də Parisdə keçirilən Forumda çıxış
edib.
* Noyabrın 16-da dövlət başçısı İlham Əliyev
Din xadimlərinin və dini icma rəhbərlərinin “Azərbaycan
Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif
edilməsi haqqında sərəncam imzalayıb.
* Prezident İlham Əliyev və xanımı Mehriban
Əliyeva 14-16 noyabr tarixlərində “Böyük İyirmiliyin”
(G20) Antalya şəhərində keçirilən Sammitində iştirak
etmək üçün Türkiyə Respublikasında işgüzar səfərdə
olublar. Ölkə başçısı sammit çərçivəsində iqtisadi
inkişaf, sərmayələr, məşğulluq mövzularında keçirilən
müzakirələrdə çıxış edib. |