Rusiyanın Tolyatti şəhərində taekvondo idman növü üzrə
keçirilən beynəlxalq turnirdə Azərbaycan idmançıları
uğur qazanıb.
Yarışda ölkəmizi “Təhsil” Respublika İdman Mərkəzinin (RİM)
Lənkəran filialının yetirmələri təmsil edib.
Azərbaycanla yanaşı, Rusiya, Belarus və Qazaxıstandan
600-ə yaxın taekvondoçunun qatıldığı yarışda “Təhsil”
RİM-in yetirməsi, 47 kq çəki dərəcəsində çıxış edən
Qönçə Hüseynli finalda Rusiya idmançısına qalib gələrək
I yerə çıxıb. Məktəbin digər yetirməsi, 55 kq çəki
dərəcəsində çıxış edən Kubra Əmirzadə isə final
görüşündə Rusiya idmançısına məğlub olaraq, II yerə
layiq görülüb. |