Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Noyabr 2015 - №42

 

Kikboksçular Dövlət Bayrağı Günü münasibətilə keçirilən yarışda iştirak ediblər

 

Azərbaycan Kikboksinq Federasiyasının, “Abşeron” Kikboksinq Klubunun və Abşeron İdman və Gənclər İdarəsinin birgə təşkilatçılığı ilə Dövlət Bayrağı Günü münasibətilə yarış keçirilib.

“Abşeron” Kikboksinq Klubunun baş məşqçisi Bəhruz Çıraqovun AZƏRTAC-a verdiyi xəbərə görə, yarışda müxtəlif çəki dərəcələrində 10 klubdan 150-yə yaxın idmançı mübarizə aparıb.

“Məqsədimiz idmançılarımıza bayraq sevgisini aşılamaq və dünyada bayrağımızı ucalara qaldırmağa həvəsi yaratmaqdır. Bu məsələdə idmançılarımızın üzərinə daha çox pay düşür. Yarış yüksək səviyyədə başa çatdı”, - deyə B.Çıraqov qeyd edib.

Yarışda Azərbaycan Kikboksinq Federasiyasının baş katibi Oruc Məmmədli çıxış edib. O, Dövlət Bayrağı Gününün əhəmiyyəti ilə bağlı fikirlərini diqqətə çatdırıb.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov