| 
						
						Azərbaycan Gənc Tamaşaçılar Teatrı məktəblilərin payız 
						tətili günlərində maraqlı tamaşalarla çıxış edəcək. 
						
						Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 
						teatrın repertuarında orta məktəblərdə tədris olunan 
						klassik və müasir dramaturgiya nümunələrinə geniş yer 
						ayrılıb. Belə ki, noyabrın 11-dən 22-dək teatrda hər gün 
						məktəblilər üçün “Hekayəti xırs quldurbasan” 
						(M.F.Axundzadə), “Dəcəl keçi” (P.Nurəliyeva), “Çəkməli 
						pişik” (Ş.Perro), “Çirkin ördək balası” (H.K.Andersen), 
						“Qoğalın nağılı” (Xalq nağılı), “Biri vardı, biri yox” 
						(Ə.Ol), “Qaraca qız” (S.S.Axundov, A.Şaiq), “Danışan 
						gəlincik” (A.Şaiq) və “Balaca və damda yaşayan Karlson” 
						(A.Lindqren) tamaşaları təqdim olunacaq. 
						
						Teatr eyni zamanda ali məktəb tələbələrini və axşam 
						tamaşalarının daimi izləyicilərini də yaddan 
						çıxarmayacaq. Axşam tamaşaçıları bu ərəfədə “Ağ ölüm” (V.Siqarev), 
						“Hasarın o üzü” (Ə.Əmirli), “Romeo və Cülyetta” (U.Şekspir) 
						və “Xortdanın cəhənnəm məktubları” (Ə.Haqverdiyev) kimi 
						maraqlı tamaşaları seyr edə biləcəklər. |