Yanvarın 2,3,4-də Heydər Əliyev Sarayında uşaqlar üçün
“Nağıl qəhrəmanlarının səyahəti” adlı Yeni il şənlikləri
keçiriləcək.
Heydər Əliyev Sarayının mətbuat xidmətindən AZƏRTAC-a
bildirilib ki, tamaşada balacaları Cırtdan və
dostlarının (Qırmızı papaq, Buratino, üç keçi balası və
s.) başına gələn yeni il sərgüzəştləri gözləyir. Bundan
əlavə, sarayın səhnəsində quraşdırılan ən böyük əlvan
şam ağacının ətrafında toplaşacaq uşaqlar, Şaxta baba və
digər nağıl qəhrəmanları ilə birgə maraqlı, rəngarəng,
interaktiv tamaşanın iştirakçısı olacaq və əylənəcəklər.
Bir çox başqa sürprizlər Yeni il şənliklərini uşaqlar
üçün maraqlı və yaddaqalan edəcək.
Hazırda Heydər Əliyev Sarayında Yeni il şənliklərinin
məşqlərinə başlanılıb. |