Bakıdakı
Humanitar fənlər təmayüllü məktəb-liseydə 9 noyabr -
Dövlət Bayrağı Gününə həsr olunmuş “Bayraq mənliyimdir,
bayraq kimliyim, bayraq öz yurduma öz hakimliyim”
adlı tədbir keçirilib. Tədbirdə Təhsil Nazirliyinin,
Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəb
direktorları və digər qonaqlar iştirak ediblər. İlk
öncə qonaqlar şagirdlərin əl işlərindən ibarət
sərgi ilə tanış olublar.
Sonra liseyin direktoru Nəzakət Əsgərova çıxış edərək
bildirib ki, Azərbaycanın dövlətçilik rəmzlərindən
biri onun milli bayrağı - Dövlət bayrağıdır. Bu gün hər
bir Azərbaycan vətəndaşı milli bayrağımıza,
gerbimizə və himnimizə ehtiram göstərir, bunu
özünün müqəddəs borcu kimi qəbul edir.
Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Qafur
Rəhmanov bayram günü münasibətilə tədbir
iştirakçılarını təbrik edib. Sonra Təhsil Nazirliyinin
böyük məsləhətçisi Hüseyn Mirzəyev keçirilən tədbirin
tərbiyəvi əhəmiyyətindən danışıb və Azərbaycan
Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi
diqqət və qayğıdan söz açıb.
Məktəbin 8 “b” sinif şagirdi Rovin Qurbanov riyaziyyat
müəllimi Gülgəz Ağayevanın “Bayraq” şeirini söyləyib.
Eyni zamanda tarix müəllimi Eldar Lahıcov öz şagirdləri
ilə birlikdə hazırladıqları “Babəkin andı” tamaşasını
nümayiş etdiriblər.
Şagirdlər Vətənə, Dövlət Bayrağına aid şeir
söyləyib, mahnı oxuyub və ədəbi kompozisiya
göstəriblər.
Şakir CƏFƏROV,
“Azərbaycan müəllimi” |