Bakı
şəhəri 257 nömrəli tam orta məktəbdə 12
noyabr-Konstitusiya Günü münasibətilə tədbir keçirilib.
Dövlət himni və dahi bəstəkar Üzeyir Hacıbəylinin "Koroğlu"
operasından uvertüra ilə başlanan tədbirə təntənəli
şəkildə Dövlət bayrağı gətirilib. Tədbiri giriş sözü ilə
təhsil ocağının rəhbəri Qarat Qaratov açaraq məktəbin
müəllim və şagird kollektivini, tədbir iştirakçılarını
12 noyabr-Konstitusiya Günü münasibəti ilə təbrik edib.
O, Konstitusiya Gününün yaranma tarixindən danışaraq ulu
öndər Heydər Əliyevin xalqın tələbi ilə respublikamızda
ikinci dəfə hakimiyyətə gəldikdən sonra həyata
keçirdiyi bir çox islahatlar haqqında tədbir
iştirakçılarına məlumat verib. Bildirib ki, böyük
siyasətçi və dövlət xadimi, ümummilli lider Heydər
Əliyevin yeritdiyi müdrik siyasət nəticəsində
dövlətimiz möhkəmləndi, ulu öndərin memarı olduğu
müasir Azərbaycan böyük bir inkişaf yoluna qədəm qoydu.
Tədbirdə çıxış edən qonaqlar Konstitusiyamızın
hazırlanması və qəbulunda misilsiz xidmətlər göstərmiş,
şərəfli ömrünü xalqına həsr etmiş ulu öndər Heydər
Əliyevin dövlətçilik ideyalarının yeni nəsillər üçün
örnək olduğundan bəhs ediblər. Çıxışlarda vurğulanıb ki,
ulu öndərin siyasi kursunu uğurla və qətiyyətlə davam
etdirən ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə
həyata keçirilən nəhəng quruculuq işləri nəticəsində son
illər ölkəmiz daha da inkişaf edib, bütün sahələrdə
uğurlar qazanılıb.
Şagirdlər vətənpərvərlik ruhunda şeirlər söyləyib,
mahnılar ifa ediblər. Onlar bu gün qarşımızda duran ən
mühüm vəzifənin Azərbaycanın ərazi bütövlüyünün bərpa
edilməsi, işğal olunmuş torpaqlarımızın azad olunaraq
geri qaytarılması olduğunu diqqətə çatdırıblar.
Tədbirin sonunda Konstitusiya Gününə həsr olunmuş film
nümayiş olunub.
R.RAMAZANOĞLU,
“Azərbaycan müəllimi” |