Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Noyabr 2015 - №42

 

“Kitabi-Dədə Qorqud”un tədrisi müəllimlərin müzakirəsində

 

Böyütmək üçün seçinAzərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu dövlət başçısının “Kitabi-Dədə Qorqud”un dünya elminə tanıdılması və alman dilində ilk nəşrinin 200 illiyinin qeyd edilməsi barədə sərəncamına uyğun olaraq, Bakıda və ölkənin müxtəlif bölgələrində silsilə tədbirlər həyata keçirir.

Bilik Fondunun təşkilatçılığı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində “Orta məktəblərdə “Kitabi-Dədə Qorqud”un tədrisi” mövzusunda videokonfrans keçirilib.

Videokonfransda Bilik Fondunun Nizami rayonu üzrə nümayəndəsi, Ə.Mahmudov adına 220 nömrəli məktəb-liseyin direktoru Almaz Əsgərova, Yasamal rayonu üzrə nümayəndəsi, 53 nömrəli tam orta məktəbin direktoru Firəngiz Həsənova, Fondun İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova iştirak ediblər.

Gəncə, Sumqayıt, Şəki, Qazax, İmişlidən olan ədəbiyyat müəllimləri videokonfransa onlayn formada qatılaraq mövzu ətrafında fikirlərini bölüşüblər. Bölgələrdən olan müəllimlər “Kitabi-Dədə Qorqud”un tədrisi” ilə bağlı maraqlı təkliflər irəli sürüblər. Bundan başqa, müəllimləri maraqlandıran suallar Bilik Fondunun nümayəndələri tərəfindən cavablandırılıb. 

Niyazi RƏHİMOV,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov