Noyabrın
11-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində Azərbaycan Respublikası
Konstitusiyasının qəbul olunmasının 20 illiyinə həsr
olunmuş konfrans keçirilib. Konfransla bağlı
Konstitusiya Məhkəməsinin hüquq şöbəsinin müdiri Dürdanə
Məmmədova və şöbənin əməkdaşları, Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat
rəhbəri İsaxan Vəliyev, aparat rəhbərinin müavini Şahin
Rüstəmov, Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin
müdiri Anar Cəfərov universitetin qonağı olublar.
Professor-müəllim və tələbə heyətinin iştirak etdiyi
konfransı giriş sözü ilə ADMİU-nun tədris işləri üzrə
prorektoru, professor Validə Məmmədova açaraq qonaqları
salamlayıb və Konstitusiya günü münasibəti ilə hər kəsi
təbrik edib. Sonra hüquq üzrə fəlsəfə doktoru Dürdanə
Məmmədova, Şahin Rüstəmov, İsaxan Vəliyev,
universitetin sosial-siyasi fənlər kafedrasının müdiri,
dosent Xaləddin Sofiyev, Anar Cəfərov, universitetin
beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru,
professor Gülşən Əliyeva çıxış ediblər. |