Noyabrın
10-da Bakı Salvyan Universitetində (BSU) Azərbaycan
Respublikasının ilk milli Konstitusiyasının 20 illiyinə
həsr edilmiş elmi-praktik konfrans keçirilib. Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi, Bakı Slavyan
Univeresiteti və Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə baş
tutan konfransda BSU-nun rektoru, professor Asif
Hacıyev Konstitusiya Günü münasibəti ilə iştirakçıları
təbrik edib, bildirib ki, Azərbaycan müstəqillik əldə
etdikdən sonra yeni Konstitusiyanın hazırlanması
zərurəti yarandı. Bu tarixi missiyanı ümummilli lider
Heydər Əliyev yerinə yetirdi. Onun rəhbərliyi ilə
müstəqil Azərbaycanın ilk Konstitusiyası hazırlandı və
1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul
olundu. Rektor Milli Konstitusiyanın qəbul olunmasını
Azərbaycanın müstəqillik tarixində böyük hadisələrdən
biri adlandırıb.
Konstitusiya Məhkəməsi Aparatının Konstitusiya hüququ
şöbəsinin müdiri Dürdanə Məmmədova, Aparatın rəhbəri
Şahin Rüstəmov və Beynəlxalq hüquq və beynəlxalq
əməkdaşlıq şöbəsinin müdir müavini Nigar Dünyamalıyeva
çıxışlarında konstitusiyada mövcud olan insan hüquqları,
Konstitusiya Məhkəməsinin iş prinsipləri, habelə
Azərbaycanın hüquq sistemində konstitusiya dəyərlərinin
rolundan söz açıblar.
Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev çıxışında
təmsil etdiyi qurumun Konstitusiyanın 20 illiyi ilə
əlaqədar həyata keçirdiyi layihə və tədbirlərindən söz
açıb. İ.Vəliyev multikultural dəyərlər və Azərbaycanda
hökm sürən tolerant mühitdən danışıb, Bakı Slavyan
Universitetinin Azərbaycanda multikulturalizmin inkişafı
və tədrisindəki rolunu vurğulayıb.
Konfransda BSU-nun tədris işləri üzrə prorektoru,
professor Telman Cəfərov, beynəlxalq münasibətlər və
regionşünaslıq fakültəsinin dekanı, dosent Əsgər Əhməd,
diplomatiya kafedrasının müəllimi Reyhan Cəfərova və
magistrant Pərviz Ağaxanlının məruzələri dinlənilib.
Mətbuat xidməti |