Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Noyabr 2015 - №42

 

Dərslikləri yazanlar və qiymətləndirənlər üçün təlim

 

Noyabrın 13-də Xəzər Universitetində “Dərsliklərin hazırlanması və qiymətləndirilməsi üzrə təlim kursu”na start verilib.

Təhsil Nazirliyinin sifarişi ilə keçirilən təlimin məqsədi ümumi təhsil məktəbləri üçün dərslik yazan müəlliflərin, dərslikləri qiymətləndirən ekspertlərin, potensial müəlliflərin yeni təhsil proqramının (kurikulumun) prinsiplərinə uyğun dərsliklərin hazırlanması və qiymətləndirilməsi sahəsində biliklərini artırmaqdır. Ümumi həcmi 60 saat olan kurs 10 gün davam edəcək.

Təlimlər riyaziyyat-informatika, təbiət elmləri, tarix-coğrafiya, Azərbaycan dili və ədəbiyyat, xarici dil fənlərini əhatə etməklə, beş qrupda təşkil olunub. Kursda Türkiyənin Uludağ və Qazi, İrlandiyanın Dublin, Niderlandın Amsterdam universitetlərindən dəvət olunmuş mütəxəssislər iştirakçıları dərsliklərin hazırlanması və qiymətləndirilməsi sahəsində yeni tendensiyalarla tanış edəcəklər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov