| 
						
						
						 Noyabrın 
						11-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Sumqayıtda 
						“Yerli təhsili idarəetmə orqanlarında və təhsil 
						müəssisələrində kargüzarlıq işinin aparılması və 
						vətəndaşların müraciətlərinə baxılması” mövzusunda zona 
						seminar-müşavirəsi keçirilib. 
						
						Tədbirdə Azərbaycan Respublikası Prezidentinin 
						Administrasiyasının və Təhsil Nazirliyinin rəsmiləri, 
						həmçinin Sumqayıt şəhər, Abşeron, Qubadlı, Şuşa, 
						Zəngilan rayon təhsili idarəetmə orqanlarının və təhsil 
						müəssisələrinin rəhbərləri iştirak ediblər. 
						
						Seminar-müşavirə kargüzarlıq işinin və vətəndaşların 
						müraciətlərinə baxılması vəziyyətinin mövcud 
						qanunvericiliyin tələblərinə uyğun təşkili, təhsil 
						sahəsində çalışan rəhbər və digər işçilərin 
						maarifləndirilməsi məqsədlərinə xidmət edir. 
						
						Tədbirdə Prezident Administrasiyasının və Təhsil 
						Nazirliyinin nümayəndələri yerli idarəetmə qurumlarının 
						kargüzarlıq işinin aparılması və vətəndaşların 
						müraciətlərinə baxılması zamanı yol verilən nöqsanlardan, 
						bu sahədə çalışan bəzi əməkdaşların peşəkarlıq 
						səviyyəsinin yüksəldilməsinin vacibliyindən danışıblar. 
						
						Seminarda Təhsil Nazirliyində, eləcə də təhsil 
						qurumlarında vətəndaşların qəbulunun təkmilləşdirilməsi, 
						məlumatların ümumiləşdirilməsi, qəbula yazılma 
						prosesinin avtomatlaşdırılması, müşahidə edilməsi 
						baxımından görülmüş işlər barədə məlumat verilib. 
						Bununla yanaşı, yeni yaradılan Qəbul Portalının iş 
						prinsipi izah edilib. 
						
						Sonra seminar-müşavirə iştirakçılarını maraqlandıran 
						suallar cavablandırılıb. 
						
						Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarovun “Yerli 
						təhsili idarəetmə orqanlarında və təhsil müəssisələrində 
						kargüzarlıq işinin aparılmasına və  vətəndaşların 
						müraciətlərinə baxılmasına dair zona müşavirələrinin 
						(treninqlərin) keçirilməsi barədə” əmrinə uyğun olaraq, 
						müvafiq seminar-müşavirələrin digər bölgələrdə də 
						keçirilməsi nəzərdə tutulub.  
						
						
						www.edu.gov.az |