Noyabrın 11-də təhsil naziri Mikayıl Cabbarov
İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasına
yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri
Filip Ştalderi qəbul edib.
Təhsil naziri F.Ştalderi İsveçrə
Konfederasiyasının Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri vəzifəsinə təyin olunması
münasibətilə təbrik edib və ölkələrimiz arasında mövcud
olan münasibətlərin inkişafı istiqamətindəki
fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı İsveçrə və Azərbaycan arasında təhsil
sahəsində əlaqələrin hazırkı vəziyyəti və Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyasının müəyyən etdiyi hədəflərə uyğun olaraq
gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
|