Noyabrın 11-də təhsil naziri Mikayıl Cabbarov
Bakıda səfərdə olan Nobel mükafatı laureatı Corc Smutu
qəbul edib.
Görüş zamanı Azərbaycanın ali təhsil
müəssisələrində elmi araşdırmaların və tədris prosesinin
təşkilinin yeni innovativ yolları, elm sahəsində müasir
texnoloji yeniliklərin tətbiqi və digər maraq doğuran
məsələlər müzakirə olunub.
Qeyd edək ki, C.Smut 2006-cı ildə fizika sahəsində
Nobel mükafatına layiq görülüb. O, Azərbaycan Milli
Elmlər Akademiyasının 70 illik yubileyi mərasimində
iştirak etmək üçün Bakıya gəlib. |