Bakı Futbol Federasiyasının iki yaş qrupu üzrə
təşkil etdiyi 11-ci “Sabahın ulduzları” paytaxt
çempionatında altıncı turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, “İnter Arena”da təşkil
olunan yarışlarda “Neftçi” İdman Klubunun iki komandası
mübarizə aparıb. On yaşlı futbolçulardan ibarət komanda
tur çərçivəsində “Qarabağ”la görüşdən sülhlə ayrılıb -
2:2. Hazırda 16 xalı olan “Neftçi” turnir cədvəlinin
şəriksiz lideridir.
On bir yaşlılardan ibarət komanda isə “Rəvan”ı
qəbul edib və 3:2 hesabı ilə qalib gəlib. Qazandığı
qələbə ilə xallarının sayını 12-yə çatdıran komanda
turnir cədvəlinin üçüncü pilləsinə yüksəlib.
Rəşad RAMAZANOĞLU,
“Azərbaycan müəllimi” |