Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə
keçirilən gənc cüdoçuların dünya birinciliyinə yekun
vurulub və Azərbaycan idmançıları bu yarışın iki bürünc
medalını qazanıblar. Artıq cüdo üzrə gənclərdən ibarət
yığma komandamız Vətənə dönüb. Onları Heydər Əliyev
adına Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo
Federasiyasının nümayəndələri, jurnalistlər və idman
ictimaiyyətinin bir qrup üzvü qarşılayıb.
Bürünc medalçılar Hidayət Heydərov və Firudin
Dadaşov jurnalistlərin suallarını cavablandırıblar.
İdmançılarımız yarış haqqında təəssüratlarını
bölüşüblər. Onlar mundialda güclü cüdoçuların mübarizə
apardığını və bu səbəbdən yarışların çətin keçdiyini
söyləyiblər. Medalçılarımız gələcək yarışlarda daha
yaxşı nəticə göstərə biləcəklərinə inandıqlarını
vurğulayıblar. Komandanın məşqçisi Elçin İsmayılov isə
bunları söyləyib: “Son bir ay ərzində təlim-məşq
toplanışına başladıq. Buna baxmayaraq, uşaqlar çox gözəl
nəticə qazandılar, onların nəticəsindən məmnunuq.
Yarışda daha yaxşı nəticə qazana bilərdik. Ancaq
hakimlərin haqsızlığı buna imkan vermədi”. |