Kikboksinq üzrə Almaniyada keçirilən turnirdə
Bəxtiyar İsgəndərzadə Avropa kəməri qazanıb. Azərbaycan
idmançısı rəqibini 8 saniyəyə nokaut edib.
AZƏRTAC xəbər verir ki, kikboksinq üzrə ikiqat
dünya çempionu Bəxtiyar İsgəndərzadə Almaniyanın
paytaxtı Berlində keçirilən “Battle of Berlin-6”
turnirinin qalibi olub. 63,5 kq çəki dərəcəsində çıxış
edən Azərbaycan idmançısı öz rəqibi, Bosniya və
Hersoqovina nümayəndəsi Jasmin Derviseqiçini cəmi 8
saniyəyə nokaut edib. Layiqli qələbə qazanmış
həmvətənimiz İSKA-nın Avropa kəmərini qazanıb.
Xatırladaq ki, WAKO-nun Avropa çempionatının gümüş
mükafatçısı Bəxtiyar İsgəndərzadə Almaniyada yaşayır,
lakin beynəlxalq turnirlərdə Azərbaycanı təmsil edir. |