9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında
Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan
Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı
ilə “Bayrağımız - qürur mənbəyimizdir!” devizi altında
veloyürüş keçiriləcək.
AZƏRTAC xəbər verir ki, veloyürüş noyabrın 7-də
Dövlət Bayrağı Meydanından start götürəcək. İştirakçılar
Bayraq Meydanı - Azneft prospekti - Dəniz limanı -
Heydər Əliyev Mərkəzi və əksinə istiqamətdə hərəkət
edəcəklər. 16,5 kilometrlik yürüş elə başladığı yerdə -
Dövlət Bayrağı Meydanında başa çatacaq.
Bununla əlaqədar Dövlət Bayrağı Meydanı Kompleksi
İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası
velosiped sürməkdən zövq alan gəncləri birliyimizi əks
etdirən yürüşdə iştiraka dəvət edir. |