Azərbaycan Dövlət Opera və Balet Teatrı
məktəblilərin payız tətili günlərində kiçikyaşlı
tamaşaçıları üçün maraqlı proqram hazırlayıb.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib
ki, noyabrın 17-də saat 14.00-da uşaqlar bəstəkar Leonid
Vaynşteynin rejissor Ali Usubovun quruluşunda səhnəyə
qoyduğu ikipərdəli “Zoluşka” operasını dinləyə və seyr
edə biləcəklər. Noyabrın 18-də saat 14.00-da isə
teatrda Azərbaycanın xalq artisti, bəstəkar Oqtay
Zülfüqarovun “Sehirli alma” baletinin tamaşası
keçiriləcək. Qocaman bəstəkarımızın “Məlikməmməd” xalq
nağılının motivləri əsasında qələmə aldığı bu balet
tamaşasının baletmeysteri albaniyalı xoreoqraf Pellumb
Aqalliyaydır. |