Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Noyabr 2015 - №41

 

Gənc azərbaycanlı pianoçu Avstriyada Qran-priyə layiq görülüb

 

Avstriyanın Salzburq şəhərində ikinci dəfə “Salzburq star” adlı beynəlxalq musiqi müsabiqə-festivalı keçirilib. Bu müsabiqədə ölkəmizi T.Quliyev adına 12 nömrəli onbirillik uşaq musiqi məktəbinin VI sinif şagirdi, Q.Qarayev adına Dövlət Kamera Orkestrinin direktoru Nazilə Yaqubovanın sinfində təhsil alan Ayan Məmmədli təmsil edib.

AZƏRTAC xəbər verir ki, A.Məmmədli dahi bəstəkar V.A.Motsartın doğulduğu Salzburq şəhərində keçirilən müsabiqədə Azərbaycan bəstəkarı Q.Qarayevin prelyudiyası ilə yanaşı, məşhur Avstriya bəstəkarları K.Çerni - F.Şubertin variasiyasını, həmçinin hazırda dünyaca məşhur müasir bəstəkar N.Kapustinin prelyudiyasını ifa edib. Dünyanın bir çox tanınmış pianoçularının ifa etdiyi N.Kapustinin bu əsəri respublikamızda ilk dəfə 13 yaşlı Ayan Məmmədli tərəfindən səsləndirilib.

Müsabiqədə A.Məmmədlinin möhtəşəm ifası dünyanın tanınmış musiqiçilərdən ibarət münsiflər heyəti, həmçinin də bütün iştirakçı və tamaşaçılar tərəfindən böyük heyrət və rəğbətlə qarşılanıb. Nəticədə azərbaycanlı gənc pianoçu Ayan Məmmədli “Salzburq star” müsabiqəsinin ən ali mükafatına, Qran-priyə layiq görülüb.

Qeyd edək ki, bu, Ayan Məmmədlinin ilk qələbəsi deyil. O, müxtəlif illərdə keçirilmiş bir sıra beynəlxalq müsabiqələrdə iştirak edərək laureat adını qazanıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov