Hər il olduğu kimi, 2015-2016-cı tədris ilində də
Fövqəladə Hallar Nazirliyi ilə Təhsil Nazirliyinin birgə
razılığına əsasən “Fövqəladə hallar uşaqların gözü ilə”
mövzusunda 5 nominasiya üzrə (“Rəsm”, “Plakat”, “Əl işi”,
“Yanğın və qəza-xilasetmə texnikasının modeli” və
“Yumşaq oyuncaq”) uşaq yaradıcılıq müsabiqəsi keçirilir.
Əvvəlki illərdən fərqli olaraq Xətai rayonunda bu işlə
bağlı 55 nömrəli tam orta məktəb pilot müəssisə
seçildiyindən ayrı-ayrı məktəblərdən daxil olan əl
işlərinə baxaraq məktəbin şagirdləri bu işdə daha
məsuliyyətli olmağa çalışıb. Elə onun nəticəsidir ki,
başqa məktəblərdən fərqli olaraq daha çox müsabiqəyə
qatılmış və fərqlənən əl işləri
müsabiqənin növbəti şəhər mərhələsində iştirak etmək
üçün
42 nömrəli tam orta məktəbə təqdim edilib.
Hər nominasiya üzrə məktəbdə ayrıca baxış təşkil
olunub.
Şakir CƏFƏROV,
“Azərbaycan müəllimi” |