Noyabrın 7-də saat 11:00-da Təhsil Nazirliyi və
Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin birgə
təşkilatçılığı ilə “Bayraq yürüşü” keçiriləcək.
Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə
əlaqədar keçirilən yürüşdə Təhsil Nazirliyinin
əməkdaşları, universitet rektorları, millət vəkilləri,
tanınmış ziyalılar, müəllimlər, KİV rəhbərləri, QHT
nümayəndələri, ölkəmizin ümumi təhsil, məktəbdənkənar,
ilk peşə, orta ixtisas və ali təhsil müəssisələrinin
şagird və tələbələri iştirak edəcəklər.
Yürüşün keçirilməsində əsas məqsəd milli
atributlarımızın təbliği və iştirakçılara Dövlət Bayrağı
Muzeyində tarixi Azərbaycan dövlətləri rəmzlərinin
tanıdılmasından ibarətdir.
“Bayraq yürüşü”nün “Azneft” meydanından başlayaraq
Dövlət Bayrağı Meydanınadək davam etdirilməsi nəzərdə
tutulur.
www.edu.gov.az
|