Gəncə Dövlət Universitetinin Tələbə Gənclər
Təşkilatının layihəsinə əsasən tələbələr ölkəmizi daha
yaxından tanımaq üçün tez-tez bölgələrə səfərlər
edirlər. Növbəti belə ekskursiya Tovuz şəhərinə olub.
Riyaziyyat və informatika, fizika və texniki fənlər,
kimya-biologiya fakültələrinin tələbələrindən ibarət 40
nəfərlik qrup Tovuz şəhərində ulu öndər Heydər Əliyevin
adını daşıyan parkda, Heydər Əliyev muzeyində, rəmzi
məna daşıyan “Qala”da və digər tarixi yerlərdə olaraq,
həm asudə vaxtlarını səmərəli keçirib, həm də
Vətənimizin bu gözəl guşəsinin tarixi və bu günü
haqqında məlumatlar alıblar. Tələbələr Tovuzun son
illərdəki sürətli inkişafı, aparılan quruculuq işləri
ilə tanış olub, təbii gözəlliklərini seyr ediblər.
Ekskursiya olduqca mənalı keçib. Tələbələr onlar üçün
belə bir şəraitin yaradılmasına görə universitetin
rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.
Maqbet ƏHMƏDOV,
GDU-nun Mətbuat xidmətinin rəhbəri |