Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Noyabr 2015 - №41

 

Təhsil Problemləri İnstitutunda seminar-treninqin yekununa dair tədbir

 

Böyütmək üçün seçinNoyabrın 6-da Təhsil Problemləri İnstitutunda (ARTPİ)  “İnnovativ təlim metodologiyasının və müvafiq resursların hazırlanması” mövzusunda seminar-treninqin yekunu və sertifikatların təqdim edilməsi ilə bağlı tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov bildirdi ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun “Fəaliyyət Planı”nın icrası üzrə Təhsil Nazirliyinin “Tədbirlər Plan”ında öz əksini tapmış onlarla tədbirin əsas icraçısı ARTPİ-dir. Bu tədbirlərdən biri də təhsilin bütün pillələri üzrə milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktik biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamaqdır.

Q.Novruzov diqqətə çatdırdı ki, seminar-treninqin gerçəkləşdirilməsi  üçün, peşəkar təlimçi heyəti yaradılmışdır. “İnnovativ təlim metodologiyasının və müvafiq resursların hazırlanması” mövzusunda seminar-treninqin proqramı bütün təhsil pillələri üzrə seçilmiş pedaqoji kadrlar üçün innovativ təlim metodologiyasının, təlimin məzmununun və müvafiq resursların yaradılması sahəsində bilik və bacarıqların formalaşdırılmasını təmin edəcək 60 saatlıq seminar-treninqin ümumi məzmununu özündə əks etdirir. Bu proqrama əsasən, hər bir təhsil pilləsi üzrə müvafiq məzmun nəzərdə tutulur.

Seminar-treninqin birinci ongünlük kursu 26 oktyabr - 6 noyabr tarixlərində keçirilmişdir. Noyabr və dekabr aylarında isə peşə, orta ixtisas və ali təhsil müəssisələrinin pedaqoji kadrları üçün seminar-treninqlər planlaşdırılır. Birinci ongünlükdə məktəbəqədər və ümumtəhsil pilləsinin pedaqoji kadrları üçün təşkil olunan seminar-treninqin məzmununa təhsil sistemində innovativ proseslərin idarə olunması metodologiyası, pedaqoji innovasiyalar, innovasiyaların tətbiqi zamanı yaranan pedaqoji və psixoloji problemlərin aradan qaldırılması üçün yeni metodik vəsaitlərin hazırlanması, müasir təlim texnologiyalarından istifadənin metod və vasitələri, innovativ metodiki resursların, elektron dərsliklərin yaradılması və vəsaitlərin hazırlanmasına verilən tələblər, müəllimlər, valideynlər, şagirdlər üçün informativ və maarifləndirici vəsaitlərin hazırlanması və s. daxil edilmiş və sonda yüksək təlim nəticələrinin əldə olunmasına zəmin yaratmışdır.

Tədbirdə seminar-treninqin təşkil edilməsi məqsədilə respublikamızda ilk dəfə olaraq yalnız institutun nüfuzlu alim, professor heyətindən ibarət geniş tərkibdə təlimçi heyəti yaradılması və treninqlərin bü günə qədər təşkil olunan təlimlərdən məzmun müxtəlifliyinə görə tamamilə fərqlənməsi məktəbəqədər və ümumi təhsil müəssisələrinin pedaqoji heyətinin treninqdə birgə iştirakı diqqətçəkən məqamlar kimi qeyd olunmuşdur.

Tədbirdə Təhsil Nazirliyinin Pilot layihələrlə iş sektorunun müdiri Rüfət Əliyev, Məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva iştirak edirdilər.

Xətai rayonu 240  nömrəli uşaq bağçasının müdiri Sədaqət Rəhimova, Yasamal rayonu 11  nömrəli uşaq bağçasının müdiri Azadə Əhmədova, Bakı şəhəri Suraxanı rayonu 279 nömrəli tam orta məktəbin direktoru Oqtay Səmədov, Gəncə şəhəri 21 nömrəli tam orta məktəbin müəllimi Xumar Qurbanova, Şamaxı rayonu  Laləzar kənd ümumi orta məktəbinin müəllimi Xamid Kərimov, seminar-treninqin təlimçi heyəti və b. çıxış edərək, seminarın səmərəliliyini qeyd etdilər və bunun üçün Təhsil Nazirliyinə, Təhsil Problemləri İnstitutuna təşəkkürlərini bildirdilər.

Tədbirin yekununda müdavimlərə sertifikatlar verildi. 

Mətbuat xidməti
foto R.ZİYADOVUNDUR

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov