Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Noyabr 2015 - №41

 

Sumqayıt Dövlət Universitetində konfrans keçirilib

 

Böyütmək üçün seçinNoyabrın 5-də Sumqayıt Dövlət Universitetində AMEA Polimer Materialları İnstitutu ilə birgə “Monomerlər və polimerlər kimyasının müasir problemləri” mövzusunda III respublika  konfransı keçirildi.

Konfransın plenar iclasında rektor Elxan Hüseynov tədbir iştirakçılarını salamladı və bildirdi ki, kimya sənaye kompleksi ölkə iqtisadiyyatının uzunmüddətli və stabil inkişafının bazası hesab olunur. Respublikamızda XX əsrin ortalarında sintetik kauçuk zavodunun tikilib istifadəyə verilməsi ilə sintetik polimer olan butadien-stirol kauçukunun istehsalına başlanıldı. Sonrakı illərdə  digər polimerlərin də istehsalı təşkil olundu. Əsası ümummilli liderimiz Heydər Əliyev  tərəfindən qoyulan EP-300 və Polimer -120 komplekslərində bu gün də istehsal olunan yüksək təzyiqli polietilen respublika iqtisadiyyatında mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında” 2 aprel 2010-cu il tarixli sərəncamı polimer kimyasına olan marağı daha da artırdı.

Rektor qeyd etdi ki, bu gün Sumqayıt Dövlət Universiteti ölkəmizin elmi potensialının inkişafı naminə yüksək mənəvi-əxlaqi keyfiyyətləri, intellekti, savadı ilə fərqlənən ixtisaslı kadrların yetişdirilməsi istiqamətində uğurlu addımlar atır. Bu məqsədlə də Azərbaycan Milli Elmlər Akademiyası Polimer Materialları İnstitutu ilə qarşılıqlı əlaqələrimiz inkişaf edir və universitetimizin PMİ-də  “Polimer materiallarının texnologiyası” baza kafedrası yaradılmışdır. Baza kafedrası respublikanın, xarici kimya müəssisələrinin və şirkətlərinin tələblərini tam təmin edən mütəxəssislərin hazırlanması, ali təhsilli mütəxəssis hazırlanmasının əsas şərtləri olan elm və təhsilin istehsalata inteqrasiyasının gücləndirilməsi, magistr və doktorluq dissertasiyalarının yerinə yetirilməsi məqsədlərini daşıyır.

Konfransda AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, AMEA-nın Polimer Materialları İnstitutunun direktoru, akademik Akif Əzizov çıxış etdilər.

Sonra müxtəlif mövzularda məruzələr dinlənildi.

Konfrans öz işini “Monomerlərin sintezi və tədqiqi”, “Monomerlərin və polimerlərin sintezində katalitik proseslər”, “Xüsusi təyinatlı polimerlərin alınması və xassələrinin tədqiqi”, “Yeni polimerləşmə üsulları və mexanizmləri”, “Polimer kompozisiya materiallarının, o cümlədən nanokompozitlərin alınması və tətbiqi” bölmələrində davam etdirəcəkdir. 

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov