Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Noyabr 2015 - №41

 

Ötən ay Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 19011 müraciət daxil olub

 

2015-ci ilin oktyabr ayında Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 13360 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 13,6 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə çox) daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 5651 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 660 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1762 sənəd (1171 məktub, 535 ərizə, 56 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlərdə daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), ümumi təhsil müəssisələrində şagirdlərin yerdəyişməsi, müəllimlərin işə qəbulu və yerdəyişməsi, tələbələrin yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası ilə bağlı məsələlər əksini tapıb.

Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin cümə axşamı (2980 zəng) və çərşənbə axşamı (2661 zəng) günləri, əsasən, saat 10:00-dan 12:30-dək və 14:00-dan 17:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin cümə (1261 müraciət) və bazar ertəsi (1216 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib. 

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov