Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdünün təsis
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun
olaraq
QƏRARA ALIRAM:
1.
Azərbaycan elminin inkişafında xidmətlərinə görə
aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin
fərdi təqaüdü verilsin:
Hüseynov Emil Kamiloviç
Hüseynov Rauf Vəli oğlu
Qasımov Rafiq Yunisəli oğlu
Mahmudov Hikmət İsmayıl oğlu
Rüstəmov Musa İsmayıl oğlu
Rzayev Bayram Zülfüqar oğlu
Salahov Mustafa Səttər oğlu
Vəlixanova Fəridə Ağa Əli qızı.
2.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 noyabr 2015-ci il |