Noyabrın
4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şəkidə inşa olunmuş
160 yerlik körpələr evi-uşaq bağçasının açılışında
iştirak edib.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən
lenti kəsdi.
Prezident İlham Əliyev körpələr evi-uşaq bağçasında
yaradılan şəraitlə tanış oldu.
Burada ulu öndər Heydər Əliyevin, Prezident İlham
Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın ölkəmizin gələcəyi olan uşaqlara
göstərdikləri qayğıdan bəhs edən fotolardan ibarət
guşələr yaradılıb.
Azərbaycan Prezidentinə məlumat verildi ki, rayonun
tələbatı nəzərə alınaraq biri 160, digəri isə 100 yerlik
olmaqla iki yeni məktəbəqədər təhsil müəssisəsi üçün
binaların inşası yekunlaşdırılıb və istifadəyə hazırdır.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 160
yerlik körpələr evi-uşaq bağçasının inşasına ötən ilin
dekabrında başlanıb və tikinti işləri yüksək səviyyədə
başa çatdırılıb. Ümumi sahəsi 3490 kvadratmetr olan bina
üçmərtəbəlidir. Burada 8 qrup fəaliyyət göstərəcək.
Uşaqlar üçün 8 yataq otağı, yeməkxana, tibb otağı, oyun
və musiqi zalı, metodiki kabinet və digər müxtəlif
təyinatlı otaqlar yaradılıb. Körpələr evi-uşaq
bağçasında 35 nəfərin işlə təmin edilməsi nəzərdə
tutulub. Binanın ərazisində uşaqların əylənməsi üçün
meydança yaradılıb, attraksionlar quraşdırılıb.
Diqqətə çatdırıldı ki, Şəkidə fəaliyyət göstərən 61
məktəbəqədər təhsil müəssisəsində 2760 uşaq
təlim-tərbiyə prosesinə cəlb olunub.
Prezident İlham Əliyev körpələr evi-uşaq bağçasında
yaradılan şəraitdən razılığını bildirdi, tapşırıq və
tövsiyələrini verdi.
AZƏRTAC |