Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabr 2015 - №40

 

Şagirdlər üçün həvəsləndirici seminarlar təşkil olunub

 

Milli Olimpiya Komitəsinin və Azərbaycan Atletika Federasiyasının dəstəyi ilə “LEAP-2017” (Leadership and Excellence in Athletics Program - atletikada liderlik və təkmilləşdirmə proqramı) layihəsi çərçivəsində Bakı şəhərində yerləşən  189-190 nömrəli tam orta məktəbdə,  “Ankara məktəbi” məktəb-liseyində və Respublika Olimpiya Mərkəzində şagirdlər üçün seminarlar təşkil olunub.

İdman vasitəsilə gənc liderlərin yetişdirilməsi məqsədini daşıyan layihədə seminarlar peşəkar məşqçilər tərəfindən aparılır. Bu layihə Londonda keçiriləcək yüngül atletika üzrə dünya çempionatının sosial idman irsi kimi təsdiqlənən “LEAP-2017”, “UK Sport” və Britaniya Atletika Assosiasiyasının birgə proqramıdır.

Təlimin əsas məqsədi səkkizinci-onuncu sinif şagirdləri arasında bədən tərbiyəsi və atletika idman növünə olan marağın artırılmasından ibarətdir.

Tədbir təlimçilər tərəfindən aparılan atletika idman növü haqqında seminarlar və praktiki hissə olan idman oyunlarından ibarət olub.

“LEAP-2017” şagirdlərin davamlı idmanla məşğul olmasını təşviq etmək və onların liderlik xüsusiyyətlərinin artırılmasına yönəlib.  

Rəşad RAMAZANOĞLU,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov