“Azadlıqdan
Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi
Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının
maliyyə dəstəyi ilə “Valideyn himayəsindən məhrum olmuş
uşaqların cəmiyyətə adaptasiyasına dəstək üçün futbol
turnirinin təşkili” layihəsinin icrasına başlamışdır.
Layihə çərçivəsində oktyabrın 19-da mini-futbol üzrə
ənənəvi Dostluq turnirinin açılış mərasimi keçirilib.
Mərasimdə ‘‘Təhsil” Respublika İdman Mərkəzinin
əməkdaşları, Xəzər Rayon Gənclər və İdman İdarəsinin
rəisi Vüqar Əliyev, Bakı şəhəri 16 nömrəli Uşaq-Gənclər
İdman Məktəbinin direktoru Mərdan Quliyev, yarışda
təmsil olunan məktəblərin idman müəllimləri iştirak
ediblər. Dövlət himninin səslənməsindən sonra yarışlara
start verilib.
Dostluq turnirinin ilk 3 günündə “A” və “B” qrupları
üzrə hər gün 8 komanda olmaqla 4 oyun keçirilir.
Yarışlarda Bakı şəhər 130, 183, 230, 237 nömrəli tam
orta və 1, 2, 11 və 12 nömrəli internat məktəblərinin
7-10-cu siniflərində oxuyan oğlanlardan ibarət
komandalar iştirak edir. Yarımfinal və final oyunlarının
keçirilməsi növbəti həftənin əvvəlində nəzərdə tutulur. |