Birləşmiş
Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilən gənc
cüdoçuların dünya birinciliyində Azərbaycan yığma
komandası da iştirak edir.
AZƏRTAC xəbər verir ki, “Neftçi” idman klubunun üzvü,
ikiqat paralimpiya çempionu, ikiqat dünya və beşqat
Avropa çempionu İlham Zəkiyev gənclərin dünya
birinciliyində paralimpiya cüdosunun təqdimatı ilə
əlaqədar Beynəlxalq Cüdo Federasiyası tərəfindən
Abu-Dabiyə dəvət olunub. İ.Zəkiyev digər təmsilçimiz,
paralimpiyaçı cüdoçulardan ibarət milli komandanın üzvü
Kənan Abdulxanlı ilə birlikdə nümunəvi çıxışlar ediblər.
Yarışın keçirildiyi idman sarayında respublikamızın
fəxri, dünya paracüdosunun ulduz idmançısı İlham
Zəkiyevin erməni snayperi tərəfindən vurularaq görmə
qabiliyyətini itirməsi iştirakçıların diqqətinə
çatdırılıb.
Sonra paralimpiyaçı cüdoçuların test yarışları keçirilib. |