Bakı şəhəri 67 nömrəli tam orta məktəbdə “Məişət
gigiyenası və gənclərdə tibbi-gigiyenik bilik və
vərdişlərin inkişafı kampaniyaları” layihəsi
çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbir Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və
“Skalper” Xəstələrə Yardım İctimai Birliyinin birgə
təşəbbüsü ilə reallaşdırılıb.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, qeyd edilən
layihə məişətdə və şəxsi həyatda gigiyenik qaydaları
gənclərə aşılamaq, gənc nəslin sağlamlığını qorumaq və
sanitar-gigiyenik vəziyyəti yaxşılaşdırmaq məqsədini
daşıyır.
Tədbirdə məktəblilərə tibbi bilik və vərdişlər
haqqında ətraflı məlumatlar, insan sağlamlığına dair
tibbi tövsiyələr verilib, onların sualları
cavablandırılıb.
İştirakçılara gigiyenik qaydaları əks etdirən
bukletlər paylanılıb. |