Qazax Sement Zavodu qərb bölgəsinin ən böyük
istehsal müəssisələrindən biridir. Rayon məktəbliləri
mütəmadi olaraq bu zavodda olur, istehsal prosesi barədə
ətraflı məlumat alırlar.
Rayon təhsil şöbəsindən redaksiyamıza daxil olan
məlumata görə, rayonun Daş Salahlı kənd tam orta
məktəbinin şagirdləri zavodda olublar. Şagirdlərə zavod
haqqında ətraflı məlumat verilib.
Məktəblilər müasir tipli laboratoriya, cildləmə və
istehsal xətti ilə tanış olduqdan sonra zavodun
yeməkxanasında fəhlələrlə birlikdə yemək süfrəsinə
əyləşiblər.
Zavodun işlər idarəsinin rəisi Əlif Məmmədov
bildirib ki, artıq ənənə halını almış bu cür
ekskursiyaların keçirilməsində əsas məqsəd şagirdləri
zavodun istehsal prosesi ilə yaxından tanış etməklə
yanaşı, gələcəkdə onların zavodda işlə təmin
olunmasından ibarətdir. |