Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabr 2015 - №40

 

Azərbaycan dilindən dərs nümunəsi

 

Göyçək PİRİYEVA,
Bakı şəhəri, 6 nömrəli məktəb-liseyin Azərbaycan dili müəllimi

 

Böyütmək üçün seçinMövzu: “O, anasının köməkçisidir” mətni.

Standart:

2.1.4. Deyəcəyi  əsas fikri müəyyənləşdirir.

3.1.1. Mətndə tanış olmadığı sözlərin mənasını lüğətdən istifadə etməklə müəyyənləşdirir.

4.1.2. Topladığı fakt və məlumatlara əsasən plan tərtib edir.

Məqsəd:

- mətndəki əsas fikri müəyyənləşdirir;

- mətndə tanış olmayan sözlərin mənasını lüğətdən istifadə etməklə müəyyənləşdirir;

- mətnin məzmununa əsasən plan tərtib edir.

Forma:

Qruplarla iş.

Üsul:

Beyin həmləsi, müzakirə.

İnteqrasiya:

Ədəbiyyat, musiqi.

Resurslar:

Dərslik, slaydlar.

Motivasiya:

Dərsdə motivasiya yaratmaq üçün ananın övladına, müəllimin şagirdinə, cavan oğlanın əlil arabasında olan adama və s. kimi kömək nümunələrini əks etdirən  slaydlar nümayiş olunur.

Şagirdlər həmin slaydlara baxaraq  insanlara çətin məqamlarında kömək göstərməyin vacib və yaxşı hərəkət olduğunu qeyd edirlər.

Tədqiqat sualı:

Sonra aşağıdakı kimi tədqiqat sualı qoyulur:

“Ana-bala məhəbbətini sən nədə görürsən?”

Tədqiqatın aparılması:

-  Tədqiqat qruplarda aparılır. Bu məqsədlə sinif 3 qrupa bölünür. Hər qrupa aşağıdakı kimi iş vərəqləri paylanır. 

I qrup

Tapşırıq 1 - “Ana evin dirəyidir”. Bu atalar sözünün mənasını müəyyənləşdirin.

Tapşırıq 2 - Mətndəki çətin sözlərin lüğətdən tərcüməsini tapın: yada düşmək, pilləkan, yatırmaq. Həmin sözlərə cümlə qurun.

Tapşırıq 3 - Mətnə plan tərtib edin. 

II qrup

Tapşırıq 1 - Sən anana kömək edirsənmi?

Tapşırıq 2 - Mətndəki tanış olmayan sözlərin lüğətdən tərcüməsini tapın: tərtəmiz, fərəhlənmək, əlavə etmək, süpürmək. Bu sözlərdən üçünü cümlə içərisində işlədin.

Tapşırıq 3 - Mətnə plan tərtib edin. 

III qrup

Tapşırıq 1 - Anana olan məhəbbətini necə göstərərdin?

Tapşırıq 2 - Mətndəki tanış olmayan sözlərin tərcüməsini tapın: səliqəli, aynabənd, qadınlar günü, mətbəx. Bu sözlərdən üçünü cümlə içərisində işlədin.

Tapşırıq 3 - Mətnə plan tərtib edin.

Tədqiqat təqdimatın hazırlanması ilə yekunlaşır. Sonra qrup liderləri həmin təqdimatları edirlər.

Müzakirə aparılır. Mübadilə və müzakirə mətnin ideyasının düzgün qavranılmasını aşkara çıxarmağa imkan verir.

Müzakirənin sonunda aşağıdakı kimi nəticə çıxarılır.

Ana müqəddəsdir. Onu sevmək, hər zaman ona kömək etmək bizim borcumuzdur.

Qiymətləndirmə.

Qiymətləndirmə aşağıdakı cədvəl üzrə aparılır:


 Ev tapşırığı: Dərsin sonunda şagirdlərə anaları haqqında esse yazmaq tapşırılır.

 
 
 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov