Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabr 2015 - №40

 

Azərbaycanın üç ali məktəbi dünya reytinqində

 

 Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi”

Böyük Britaniyanın Quacquarelli Symonds şirkəti  oktyabrın 22-də Şərqi Avropa və Orta Asiyanın inkişaf etməkdə olan ölkələrinin ən yaxşı ali məktəblərinin reytinq cədvəlini (Emerging Europe & Central Asia 2015)  hazırlayıb.  Tərtibçilər adıçəkilən regionlardan 500 universitetin  fəaliyyətini  təhlil ediblər. Nəticədə sıralamada 20 ölkədən 150 ən yaxşı ali məktəb yer ala bilib. Sevindirici haldır ki, reytinq cədvəlinin ilk 100-lüyündə Azərbaycandan 3  universitet -  Xəzər, Qafqaz və Bakı Dövlət universitetləri yer alıb.  Azərbaycan Dillər Universitetini isə ilk 100-lükdən cəmi bir xana ayırır -  ADU sıralamada 101-ci yerdədir.  100 ən yaxşı universitet siyahısına Rusiyadan 25, Türkiyədən 16, Qazaxıstandan 14, Polşadan 12, Çexiya Respublikasından 10, Ukraynadan 9 ali məktəb daxil olub.   Reytinq tərtib olunarkən  ali məktəblərin elmi, işəgötürənlər arasında nüfuzu, professor-müəllim heyətinin tələbələrin ümumi sayına nisbəti, akademik birliyin rəyi,  professor heyətinin beynəlmiləl tərkibi, universitetdə təhsil alan xarici tələbələrin sayı,  müəllimlərin elmi məqalələrinin sayı,   elmi məqalələrdən sitatgətirilmə kimi göstəricilər nəzərə alınıb.  Reytinq cədvəli ilə daha ətraflı www.topuniversities.com/university-rankings/eeca-rankings/2015 səhifəsindən tanış olmaq olar.

Reytinq cədvəli
 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov