Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabr 2015 - №40

 

Tədris sistemi ciddi təzyiq altındadır

 

Elison Lenqlinin sözlərinə görə, dövlət əksər avropalı həmyaşıdları ilə müqayisədə, hər bir tələbəyə daha çox vəsait sərf edir, buna baxmayaraq, keyfiyyət məsələsi hələ də ciddi narahatlıq doğurur

Birinci kurs tələbəsi Mona Səidi Vyana Universitetinin əsas girişinin qarşısında pilləkəndə oturur və kənardan necə qəribə göründüyünə diqqət yetirmədən alman dilində danışmağa başlayır. Birincisi, o, qadındır və hal-hazırda Avstriyadadır.

- Sənaye cəhətdən inkişaf etmiş əksər ölkələrdən fərqli olaraq.

- Kollecdə oxuyan tələbələr arasında kişilər qadınlara nisbətən üstünlük təşkil edir.

İkincisi isə Vyanada doğulmuş, lakin İran əsilli olan xanım Səidi alman dilində səlis danışır.

“Açıq-aydın görünür ki, onlar mənim bir avstriyalı kimi görünmədiyimin fərqindədirlər, lakin əgər sən aksentsiz danışa bilirsənsə, o zaman sən qeyri-adi insan kimi görünürsən”, - deyə o qeyd edir.

Bu, dildən istifadə etmək bacarığıdır - miqrant valideynlərə sahib olan bir çox tələbənin nəzərindən yayınan, habelə xanım Səidini avstriyalıların alman dilində səlis oxuya və danışa bilməyən 21%-dən ayıran əsas fərqləndirici amildir. Bu, AB-nin bir çox ölkələri ilə müqayisədə hər bir şagirdə daha çox vəsait ayıran məktəb sisteminə ziddir. Avstriyanın məktəb və universitetlərin keyfiyyəti ciddi problemə çevrilmişdir və sözügedən sistemin təkmilləşdirilməsi üzrə artan tələblər əsasında indiyə qədər heç bir tədbir görülməyib.

2013-cü ildə Avstriya ali və orta ixtisas təhsili sahəsinə 4,5 milyard avro məbləğində vəsait sərf etsə də, məzunların sayı üzrə ən aşağı göstəricilərdən biri də məhz burada qeydə alınır. Bundan əlavə, digər sənayeləşmiş ölkələr ilə müqayisədə, burada savadlılıq bacarıqları zəifdir.

Sənaye və təhsil sahələri üzrə ekspertlərdən nəyə ehtiyac duyulduğu barədə soruşduqda onlar çoxsaylı təkliflərdən ibarət uzun bir siyahı təqdim edirlər. Həmin təkliflərdən biri də bütün gün davam edən dərslərdə 14 yaşına qədər bütün təhsilalanlara təhsilə bərabər çıxış imkanının verilməsidir.

Bəziləri deyir ki, məktəblərə daha çox muxtariyyət verilməlidir. Siyasət və hətta müəllimlərin işə qəbul edilməsi üzrə qərarlar federal səviyyədə həyata keçirilir. Wifo - Avstriyanın İqtisadi Tədqiqatlar İnstitutunun direktoru Karl Alginger bunu “mərkəzi planlaşdırma”ya bənzədir. İslahatçılar şagirdlərin dil bacarıqlarını artırmaq üçün onların formal təhsilə cəlb olunmazdan əvvəl 2 il bağçada təhsil almasını təmin etmək məqsədilə Avstriya rəhbərliyi tərəfindən təkliflər hazırlanmasını tələb edirlər. İbtidai məktəbi bitirənə qədər bir çox uşaqlar alman dilində oxumaq üçün bu dildə hələ də kifayət qədər yaxşı danışa bilmirlər.

“Avstriya dünyanın ən seçilən sistemlərindən birinə malikdir”, - deyə təhsil məsləhətçisi Andreas Salcher vurğulayıb.

Avstriyanın çoxəsrlik sistemi çərçivəsində təhsilalanlar 10 yaşında üç məktəb növündən birinin tərkibinə daxil edilirlər ki, bu da ümumilikdə onların gələcəyini müəyyən edir. Yüksək motivasiyalı, təcrübəli uşaqlar öz təhsillərini universitetləri təmin edən gimnaziyalarda davam etdirirlər. Onların əksəriyyəti isə orta məktəbdə təhsil alır və daha sonra peşə məktəbinə keçirlər. 

Sistemin təkmilləşdirilməsi üzrə artan tələblər əsasında indiyə qədər heç bir tədbir görülməyib

Onların 9%-i isə ali məktəblərdə təhsil alır və burada onları aşağı ixtisaslı, azmaaşlı peşələrə deyil, nisbətən yüksək ixtisaslı iş yerlərinə hazırlayırlar. Ali məktəblərdə təhsil alan tələbələr bir qayda olaraq mühacirlərin övladlarıdır. “Məktəblər etnik mənsubiyyət və siniflər üzrə təsnifatlaşdırılır”, - deyə Andreas Salcher qeyd edib. Onlar alman dilində yaxşı danışa bilmədikləri və nəzəri cəhətdən hazırlıqlı hesab olunmadıqları üçün ən aşağı orta ixtisas dərəcəsi almış məzunlar Avstriyanın çox təriflənən şagirdlik sistemindən faktiki olaraq xaric edilirlər.

Sözügedən sistem çərçivəsində, ali təhsil almağa marağı olmayan və ya universitetdə oxumaq hüququ əldə etməyən təhsilalanlar, adətən 15 yaşlı uşaqlar usta yanında şagirdlik proqramlarına qoşula və ya peşə hazırlığı keçə bilərlər. “İkili” sistem tələbələrin təhsil alarkən həm işləməyə, həm də peşə bacarıqlarını öyrənməyə vaxt ayırmalarına şərait yaradır.

2013-cü ildə nəşr olunan bir araşdırmada müəyyən edilmişdir ki, usta yanında şagirdlik (təlim) proqramlarının tətbiqinə xüsusi diqqət göstərən ölkələr bu proqramların tətbiqinə yer verməyən digər ölkələr ilə müqayisədə, gəncləri əmək bazarında daha yaxşı yerləşdirir və saxlayır. 2013-cü ildə məşğulluğu olmayan, təhsil və təlim prosesinə cəlb olunmayan 15-29 yaşlı şəxslərin əhali tərkibində faiz göstəricisi 10% təşkil etmişdir ki, bu da öz növbəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının orta göstəricisindən (15%) daha aşağıdır. Məktəbi Avstriyada bitirən uşaqların yarıdan çoxu işsizlik dövrü yaşamadan iş tapır.

Lakin mühacir mənşəli bir çox gənclər üçün işsizlik səviyyəsi təxminən 20%-ə yaxındır. Əvvəllər tələbələrin praktik peşələrə hazırlanması üçün nəzərdə tutulan ikili sistem bunun əvəzində cəmiyyətin irəli addımlamaq baxımından çox az şansı olan zəif təbəqəsi üçün sanki tullantıların atıldığı yerə çevrilib”, - deyə Andreas Salcher bildirib.

“Təhsil keyfiyyət baxımından ciddi problem yaradır”, - deyə “Kapsch Group” rabitə şirkətinin icraçı direktoru Georq Kapsch bildirib.

Avstriya universitet məzunlarının sayına görə də digər sənayeləşmiş ölkələrdən geri qalır. Belə ki, burada universitet məzunlarının sayı 20% təşkil etdiyi təqdirdə, İƏİT-nin orta göstəricisi 30% təşkil edir.

2 il bundan əvvəl Münhendə yerləşən Ifo İnstitutunun iqtisadçısı Ludqer Wossmann tərəfindən nəşr olunan araşdırmada peşə təhsilinin çatışmazlıqlarına da yer ayrılmışdır. Peşə hazırlığı zamanı əldə olunan erkən bacarıqlar qısa müddət ərzində köhnəldiyinə görə artıq 50 yaşda əlverişsiz xarakter daşıya bilər. Onun sözlərinə görə, gənclər arasında işsizlik səviyyəsinin aşağı olması sonrakı dövrdə yaşlı insanlar arasında işsizlik səviyyəsinin nisbətən yüksək olacağını ifadə edə bilər. Hal-hazırda Avstriyada bu fikir özünü doğruldur. Belə ki, burada yaşı 50-dən yuxarı olan işçi qüvvəsinin 16,8%-i işsizdir.

Hökumət tərəfindən yaradılmış təhsil islahatı işçi qrupu noyabr ayının ortalarında hesabat verəcəkdir. Ciddi dəyişikliklərin olacağına ümid edən çox az sayda insan var.  

“Financial  Times”
www.ft.com/reports

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov