Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabr 2015 - №40

 

Rektor orta məktəbdə nümunəvi dərs aparıb

 

Böyütmək üçün seçinNaxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 14 mart 2015-ci il tarixdə “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” sərəncam imzalayıb.

Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı Naxçıvan Dövlət Universitetinin professor və müəllim heyətinin iştirakı ilə muxtar respublikanın ümumtəhsil məktəblərində ayda bir dəfə nümunəvi dərslər təşkil olunur. Adıçəkilən sərəncama müvafiq olaraq NDU və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi birgə qrafik hazırlayıb.

Oktyabrın 27-də Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Şərur rayon Alışar kənd tam orta məktəbində “Bağırsaqboşluqlular tipinin morfoloji, fizioloji xüsusiyyətləri” mövzusunda nümunəvi dərs aparıb. Alim, bu tipə daxil olan hidranın quruluşu, həyat tərzi, çoxalması haqqında danışıb. Bildirilib ki, hidranın bədəninin iki qatlı olması, hüceyrələrin tam diferensasiya etməməsi, digər hüceyrələrə çevrilə bilən aralıq hüceyrələrin olması bağırsaqboşluqluların sadə çox hüceyrəlilərdən olduğunu göstərir. Mərcan poliplərinin quruluşu və həyat tərzini isə izah edərkən Saleh Məhərrəmov riflərin forma və növləri haqqında şagirdlərə ətraflı məlumat verib.

Eyni zamanda, həmin tarixdə NDU-nun informatika kafedrasının dosenti, riyaziyyat üzrə fəlsəfə doktoru Elşən Məmmədov Şərur rayon Tumaslı kənd tam orta məktəbində “İnformatika fənninin predmeti. İnformasiya nəzəriyyəsi və informasiya texnologiyaları” mövzusunda nümunəvi dərs keçib. Dərs zamanı şagirdlərə informatika fənni, informasiyanın saxlanması, çevrilməsi, təsviri, eləcə də informasiyanı sintez edən qurğular haqqında məlumat verilib. İnformasiya təhlükəsizliyinin metod və üsulları göstərilib. 

Mina QASIMOVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov