Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabr 2015 - №40

 

Azərbaycan Dövlət Aqrar Universitetində əməkdaşlıq müqavilələri imzalanıb

 

Gəncədə keçirilən “Aqrar elmin və təhsilin innovativ inkişafı: dünya təcrübəsi və müasir prioritetlər” mövzusunda beynəlxalq konfransa yekun vurulub. Son toplantıdan əvvəl Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Fransanın Rouen və Türkiyənin Namiq Kamal universitetləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Beynəlxalq təcrübələrin öyrənilməsinə, tələbə-müəllim mübadiləsinə, nəzəriyyə ilə praktikanın uyğunlaşdırılmasına yol açan müqavilə dünyada ərzaq təhlükəsizliyi, problemlər və onun həlli yollarında iş birliyini təmin edəcək.  

ADAU-nun rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov deyib ki, universitetimiz aqrar bölmənin inkişafının tənzimlənməsində başlıca rol oynayır və sözügedən sahənin inkişafını elmi cəhətdən tənzimləyir, yüksək ixtisaslı kadrların hazırlığı hesabına nəzərdə tutulan işlərə elmi baxımdan təkan verir. Eyni zamanda ADAU bu cür konfranslarla xarici əlaqələrini genişləndirir, mütərəqqi metodların təhsilə tətbiqini reallaşdırır, texniki imkanlarını müasirləşdirir, bütövlükdə aqrar elminin əsaslı bazaya söykənməsi üçün ən vacib tədbirlər həyata keçirir.

3 gün davam edən beynəlxalq konfransda 16 xarici dövlətdən 73 alim qatılıb və 300-ə yaxın məruzə dinlənilib. Həmin məruzələr əvvəlcədən kitab şəklində çap edilib və iştirakçılara təqdim olunub.

ABŞ-ın İllinoys Universitetinin professoru Mohammad Babadost, Rusiya Dövlət Qiyabi Aqrar Universitetinin rektoru, professor Vladimir Dubovik və digər elm xadimləri konfransın səmərəliliyinin artırılması üçün alimlər arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildiriblər. 

Qalib RƏHİMLİ,
Mətbuat xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov